Şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında 22 martda teraktın baş verdiyi “Krokus Siti Holl”un sahibi, “Krokus Qrup”un prezidenti Araz Ağalarov deyib.
O bildirib ki, bizim missiyamız yaradıcılıqdır:
“Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”.
Ağalarov vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər tikməyə davam edəcək.
Xatırladaq ki, bundan öncə “Krokus Siti Holl”un təmir ediləcəyi bildirilmişdi.
Qeyd edək ki, 22 martda “Krokus”da baş verən terakt nəticəsində, son rəsmi məlumata görə, 137 nəfər ölüb, 180 nəfər yaralanıb.