!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Araz Əlizadədən ETİRAZ - “Qüdrət Həsənquliyev guya saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb...” - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

 24.09.2020 17:51

“Müharibənin gedişində kimliyindən asılı olmayaraq, düşmənin ailə üzvlərini linç etmək terrorçuluğa bərabərdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin əsgərlərimizin “Ermənistanın baş naziri Nikol Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədikləri” haqda fikrinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

ASDP sədri deputatın bu fikrini böyük məsuliyyətsizlik kimi qiymətləndirib:

“Bilirsiniz, mən özüm də dəfələrlə müharibə çağırışı etmişəm. Amma bu təklifin arxasında istisnasız olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi niyyəti dayanıb. Yəni biz kiminsə qızını, arvadını əsir götürmək haqda düşünməmişik.

Qüdrət Həsənquliyevin bu çağırışı böyük məsuliyyətsizlikdir və Azərbaycana müsbət heç nə qazandırmır. Hətta Paşinyanın arvadı haqda olsa belə, bu cür danışmaq, çağırış etmək olmaz. Müharibənin gedişində kimliyindən asılı olmayaraq, düşmənin ailə üzvlərini linç etmək terrorçuluğa bərabərdir.

Qüdrət Həsənquliyevin Müdafiə Nazirliyinin müharibə qanunlarını bilmədiyini söyləməsi də absurddur. Qüdrət Həsənquliyev guya indiyə kimi saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb və buna görə də müharibə qanunlarını yaxşı bilir. Yenə deyirəm, onun bu fikirləri məsuliyyətsizlikdən başqa bir şey deyil”.

www.yenicag.az

1439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv