Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs 31 ildən sonra ilk dəfə olaraq Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünü ziyarət edib.
Yenicag.az xəbər verir ki, Araz Elsəsin bu arzusu Xəzər TV-nin məşhur teleaparıcısı Lalə Azərtaşın müəllifi olduğu “Təsir dairəsi” verilişi vasitəsilə reallaşıb.
1991-ci ildən bəri ilk dəfədir ki, Cəbrayıl rayonunda olan Araz Elsəs teleaparıcı Lalə Azərtaşla bərabər Xudafərinə yaxınlaşarkən göz yaşlarını saxlaya bilməyib və təsirli anlar yaşadıb.
Həmin görüntüləri təqdim edirik: