!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Araz Əzimovun fikirləri böyük skandal və diplomatik uğursuzluqdur”

!Reklam – Yazi

68565“Türkiyə prezidentinin Azərbaycana səfəri ərəfəsində verilən belə bir müsahibəni təsadüf hesab etmirəm”.

Bunu açıqlamasında Türkiyənin “Star” qəzetinin köşə yazarı, 24 TV-nin siyasi şərhçisi Sevil Nuriyeva deyib.

Xarici İşlər Nazirliyinin rəsmisi Araz Əzimovun Avstriyanın “Die Presse” qəzetinə müsahibəsi zamanı Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsinə münasibət bildirən S.Nuriyeva bu mövqeyi diplomatik uğrusuzluq kimi qiymətləndirib: “Dunyada Türkiyənin və xüsusilə də Türkiyə prezidenti hörmətli Ərdoğanın vətəndaşlarını qətl edən Əsədlə bağlı mövqeyini bilməyən qalmadı. Bunun tam tərsi olaraq Rusiya və Putinin son zamanlar Suriyada ortaya girməsiylə şərtlər və balans dəyişdi. Araz bəyin bundan öncə Suriya məsələsinə heç bir zaman münasibət bildirmədiyini görmüşük. Rusiyanın oyuna girməsiylə Araz bəyin açıqlaması arasında düz mütənasiblik görürəm. Bu böyük skandal və diplomatik uğursuzluqdur”.

Jurnalist daha sonra vurğulayıb ki, diplomatın belə açıqlama verməsi Türkiyə-Azərbaycan münasibətlərinə də böyük zərbədir: “Bütün romantik duyğuları bir kənara qoysaq və sadəcə rasional analiz etsək Türkiyənin Azərbaycan üçün geosiyasi əhəmiyyəti milyardlarla belə ölçülə bilməz. Azərbaycanın Rusiya və İran arasında sıxışdığını anlamağımız mümkündür. Hətta burada manevr etmə cəhdlərinə də tolerant ola bilərik. Lakin bu Turkiyə kimi Azərbaycana şərtsiz dəstəyi olan bir dövlətin maraqlarının əleyhinə olduğuna görə yolverilməzdir. Üstəlik Suriyada bir insanlıq dramı yaşanır. Üç milyondan artıq insan ölkəsini kefindən tərk etməyib. Dəniz sahillərinə çıxan körpələrin ölmüş bədənləri bütün siyasi qurğuların lənətlənməsi və Əsədi yox saymaq üçün yetərli tablodur. Diplomatımızın açıqlaması onun uğursuz diplomat və mərhəmət hissi olmayan insan profilini cəmiyyətə tanıtdı. Əsas da PKK, PYD, YPG kimi terror ünsürlərinə dəstək verdi. Belə açıqlamalar Rusiya və İrandan başqa heç bir dövlətdən gəlmədi. Azərbaycanlı diplomatın dəstəyini bu sıralamada görmək məndə böyük təəssüf hiss doğurdu. Türkiyənin uğuru Azərbaycanın uğuru deməkdir, bu siyasi gərginlikdə Araz bəyin münasibəti milli maraqlara cavab vermədi”.

Qeyd edək ki, diplomat Araz Əzimov müsahibəsi zamanı Suriya münaqişəsi ilə bağlı bu fikirləri səsləndirib: “Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”.(moderator)

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv