“Arsenal” – “Qarabağ” matçında erməni təxribatına münasibət bildirən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçusu Araz Abdullayevdən danışıb.
Yenicag.az-ın sualını cavablandıran təcrübəli mütəxəssis erməni azarkeşin meydana qondarma rejimin bayrağı ilə girdiyi zaman yarımmüdafiəçinin sakit davranmasını şərh edib.
O deyib:
“Araz kiminsə qabağından qaçan oğlan deyil. Ani epizod idi. Heç bəlkə də fikir vermədi ki, haranın bayrağıdır. Bizim komandada olan futbolçuların hamısı vuruşmağa hazır olanlardır”.
Emin Səfərov