“Araz Naxçıvan” futbol klubuna icraçı direktor təyin olundu

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.

Yenicag.az-ın məlumatına görə, rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov Naxçıvan təmsilçisinin icraçı direktoru təyin olunub.

Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı”da, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan funksioner kollektivə təqdim edilib.