Futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilib.
Yenicag.az-ın məlumatına görə, günün yeganə matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Naxçıvan klubu 47 xalla 3-cü, “şirlər” isə 28 xalla 6-cı sıradadır. Matçı Rauf Cabarov idarə edib.
Qeyd edək ki, turun digər oyunları martın 15-i və 16-da təşkil olunacaq.