“Araz-Naxçıvan” “Zirə”yə qalib gəldi

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Mərhələnin sonuncu qarşılaşması “Səbail”lə “Qarabağ” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Kəpəz” – “Neftçi” matçında qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. “Sabah” – “Sumqayıt” matçı isə qolsuz yekunlaşıb – 0:0.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
6 fevral

“Araz-Naxçıvan” – “Zirə” 1:0
Qol: Bernardo Dias, 61-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
“Liv Bona Dea Arena”, 16:00.