“Araz Supermarket”in 3,7 mln. manatdan çox vergi borcu yarandı – FOTO

“Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı məlum olub.

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.