Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Araz” Supermarketlər Şəbəkəsi “Azersun”u günahkar çıxardı: “O konservlər səhvən göndərilib”

“Araz” supermarketində qabı üzərində “MN-ə məxsusdur, satışı qadağandır” qeydi olan “Ətli ağ lobya” konservlərinin satıldığı haqda bir neçə gün əvvəl məlumat vermişdik.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən açıqlamada həmin məhsulun onlara məxsus olmadığı bildirilmişdi.

Artıq “Araz” Supermarketlər Şəbəkəsi də bu qalmaqallı olaya aydınlıq gətirib. Şəbəkənin PR meneceri Billurə Əmirova Yenicag.az-a açıqlamasında bəhs olunan konservlərin marketlərə səhvən göndərildiyini deyib:

“Üzərində “Müdafiə Nazirliyinə məxsusdur, satışı qadağandır” qeydi olan “Ətli ağ lobya” konservi məhsulunun tədarükçüsü “Azersun” şirkətidir. Bu, “Super Sun” hazır yeməklər kateqoriyasına aid məhsuldur.

Tədarükçü şirkət öz anbarından məhsulu yükləyərkən yanlışlıq olub və marketlərimizə gətirilərək, rəfə vurulub. Qeyd olunan konservlər satışdan tamamilə yığışdırılıb”.

Səxavət Məmməd

www.yenicag.az

746