!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Araz suyu arzusundakı sənətkar ”- Elçin Süleymanov yazdı

!Reklam – Yazi

maxresdefaultƏdəbiyat və mədəniyyətimizin siyasi senzurasına baxış…

(Elmi Araşdırma)

           13331090_10206936244261684_7883773713919782388_n   İllər ötsə də, zaman kainatla qocalıb, öz işini aramla görsə də, bu həyatdan boylanıb, xalqı üçün dahiyanə əməlləriylə keçənlər heç zaman unudulmur.Elə bu ənənə ədəbiyyat salnaməmizə ilk tarixi roman janrımız “Qılınc və Qələm”dən də məlumdur.Sözünü vərəqlərə nizam edən Nizaminin həyat hekayəsi buna əyani sübut olmuşdur.Dünya döndükcə, insanlar seçilir-ömrünü, gününü xalq sevgisindən xalqına sənətlə fəda etməklə…

Millət olaraq tariximizdə senzura ədəbiyatı; gərək  keçmiş SSRİ’də şura ədəbiyatının xadimlərinə , gərəksə də Cənubi Azərbaycanda şah üsulunda amansız edamlar, sürgünlər  yan keçməmişdir.Bundan əlavə, bağlanan sərhəd dirəkləri bizi cənubdan və Türkiyəmizdən ayrı salmaq istəsə də, ədəbiyyatımızın və mədəniyyətimizin xadimləri qorxmadan buna qarşı gələrək həyatlarını  sənətə fəda etməklə- bir sözlə , sənətə möhür vuraraq xalqlarının rifahı və gələcəyi uğruna öz həyati mübarizələrinə çevirmişdirlər… Cənubdan gələn şair və sənətkarlar köhnə Bakısına sığınırdılar…

Azərbaycan mədəni irsinin paytaxt şəhərlərindəndir, Ərdəbil!

Cənubda bir şəhər var, adı  Ərdəbil ! O şəhərin ismini duysaq da oranın insanı və aurası haqqında demək olar ki xəbərimiz yoxdur.O şəhər Azərbaycan mədəni irsinin ocaqlarından olmuşdur.Bəli, Azərbaycan Səfəvilərinin mədəniyyət ocağıdır Ərdəbil! Mülayim və sadə insanlarıyla insanlığa xoş təəssürat bağışlayan bu şəhər qədim Qızılbaş Türklərinin, Xətayinin qurduğu Azərbaycan Səfəvilər İmperyasının mədəni şəhərlərindən olmuş, imperatorluq zamanında bir-sıra tarixi abidələrinin inşasıyla özünün intibah dövrünü yaşamışdır. Savadlı və istedadlı populyasiyasıyla Azərbaycan Türklərinin milli və mədəni irsini qoruyub saxlamışdır Ərdəbil ! Ərdəbil Azərbaycan Muğamına öz töhvələrini verməkdən də yan keçməmişdir.Gənclərinin gənc yaşda bütün istilalara baxmayaraq tara, kamançaya meyl etmiş, milli epistomelyar irsimizdə nadir muğam sənətini qoruyub,saxlamağı da bacarmışdır.Şah senzurasına öz sözünü deyən bu şəhər Qızılbaşların mədəni və mənəvi dayağı olmuşdur.Ərdəbil deyiləndə o şəhərə hörmətlə yanaşmaq lazımdır ki, o şəhər Azərbaycan mədəniyyətinə öz dühalarını vəsf etmişdir.O dahilər tarix boyu  bütün həyatları siyasi sıxıntılarla təqib edilməsinə baxmayaraq, gərək ədəbiyyatımıza , gərəksə də mədəniyyətimizə xidmət etməklə mədəni irsimizi qoruyub saxlamışdır.Bax, elə ona görə də yeri başqadır Ərdəbilin!Çünki, Azərbaycan mədəni irsinin paytaxt şəhərlərindəndir, Ərdəbil!

Ərdəbilin özü kimi səsi də gözəl qızı…

1933-cü ildə Ərdəbildə Mirzə Xəlilin ailəsində dünyaya göz açmışdı.Bu gənc qız nənəsinin himayəsiylə böyüyürdü.Uşaqlıq illəri gözəl Ərdəbilin təmiz havasından, bulaq suyundan, Ərdəbilin qəlbi təmiz insanların mühitiylə keçmiş, şifahi ədəbiyyatımızın bayatıları, qoşmaları, muğamlarımızın təsiri onun musiqi sənətinə olan marağını daha da artırmışdı…11 yaşında ikən artıq o, rəngarəng  muğamlarımızı oxuyur, müqəddəs Qurani-Kərimin ayələrini avazla səsləndirirdi…Ərdəbil Şərq və Azərbaycan Musiqi Mədəniyyəti tarixinə özü kimi səsi də gözəl onu yetişdiririrdi.Bütün varlığı ilə sənətə bağlanan onun düşüncələrində ana Vətəninə bağlılıqda yan keçə bilməzdi.Çünki, böyüdüyü mədəni mühit, Ərdəbil mühitində aldığı tərbiyə ondan yan keçə bilməmişdi…Həkim atası həmdə hər bir Ərdəbilli kimi tarda çalar, mizrabının telindən qopan səs gənc qızda oxumağa  böyük maraq oyadardı.

Həsrətin, acının və kövrəkliyin yolu deyilmidir ,sərhəd telləri ?!

1946-cı ildə artıq keçmiş SSRİ-nin tərkibində olan şimal yenicə 2-ci dünya müharibəsindən qələbə ilə çıxmışdı. Sovet senzurası, 19-cu əsrin Türkmənçay müddəlarını əsas gətirərək  bölünən Arazı ortaq olaraq bölmüş, həsrət dirəklərinə çəkilən tikanlı tellər bir xalqı ikiyə bölmüş, şimaldakı ədəbiyyat xadimləri cənuba, cənubdakı xadimlərsə şimala şeir və əsərləriylə salam göndərirdi.1946-cı il böyük çevriliş dönəmini keçirirdi… M.Pişəvərinin qurduğu  Cənubi Azərbaycan 21 Azər Höküməti süqut edirdi.Arazın cənubunda Azadistan adlı ölkənin varlığına son qoyulurdu! Ədəbiyyat, millət, sənət, soykök terminlərinə sahib elm və sənət adamlarımız haqsızca yeni qurulan İran Şah Üsul İdarəsi tərəfindən dar ağacına çəkilirdi.

Gənc qızın elə sevgilisinidə o dar ağacından amansızca asmışdılar…Sıra onlara çatırdı… Rəsmi Bakının Astaradan və Culfadan açdığı sərhəd telləri gecənin şam işığı olmuşdu onlara…Cənubdan elm,sənət,ictimai-siyasi xadimlər,şair-yazıçılar ya dar ağacını asılmağı seçəcək, ya da bir ömürlük şimala mühacirət edəcəkdilər…Atası Mirzə Xəlil Siddiqi xəbəri eşidər –eşitməz 3 uşağını da götürüb, üzü Astaraya sarı qaçırdı…Astaradan açılan bir anlıq o sərhəd telləriylə yeni həyata başlayacaqdılar onlar. Gənc sənətkar şah üsul idarəsi tərəfindən edam edilmiş sevgilisinin həsrətindən qovrulması bir yana , ata ocağı Ərdəbilə bir ömür boyu həsrət qalacaqdı… Şimala keçmənin – yaşamaq uğrunda mübarizənin sevincini yaşasalar da Araz çayındakı sərhəd tellərindən sonuncu dəfə Cənuba baxırdı… Vətən ağrısı ilə, yar acısı onun dərdinə həmahəng etmişdi…Araz çayına yaxınlaşıb bir daha görə bilməyəcəkdi o və bu yanğı onun həyatında heç zaman silinməyəcəkdi.Həsrətin, acının və kövrəkliyin yolu deyilmidir ,sərhəd telləri ?!

Salyanda övladını əlindən alırlar…

Artıq mühacir həyatlarına Arazın şimalında başlamışdılar.Elmə daim qiymət verən Mirzə Xəlil Astarada və Salyanda yaşayərkən qızı Rübabənin təhsili ilə maraqlanır. Rübabə burda təhsilini bitirib Sabirabaddakı Dram Teatrında təhsilini davam etdirib, məzun olur.Gənc qızın şimalda da taleyi gülmür.Keçmiş SSRİ mühacir adı verdiyi Cənublu soydaşların həyatını burda da rahat buraxmırdı.Cənubda edam olunmuş, ömür-gün yoldaşından tək yadigarı olan qızını alıb Moskvadakı internata göndərirlər.Mühacir insanlarımıza SSRİ’nin sərt qanunları yan keçmir.Sevgi,Vətən həsrətiylə yaşamağa vaqe olan bəxtsiz xanım sənətkar bir ana kimi övlad həsrətiylə də yaşamağa başlayır…

Bakıya gedən həyat hekayəsi

Keçmiş SSRİ Azərbaycanında Bədaye Teatrları , Filormoniya , Opera və Balet teatrları regionlarda qastrola səfərə gəlirdi.Təbii olaraq keçmiş SSRİ’də talantlı , istedadlı gənclərin qastrollarda qarşılaşma onların paytaxt Bakıdakı gələcəklərinə böyük cığır olurdu. Ə.Ələsgərov Salyanda qatrolda ikən gənc qızın səhnə mədəniyyətini və səsində olanda talantı bəyənir, onu Bakıdakı Dövlət Flormaniyasına dəvət edir. Atası həkim Mirzə Xəlil ailəsi ilə Bakıya köçməli olur.Rübabə xanım burda işləyə-işləyə tanınmağa başlayır, təhsilini davam etdirir, 1955 –cü ildə o Asəf Zeynallı adına Bakı Ali Musiqi Məktəbini (indiki Azərbaycan Dövlət Konservatoriyasını) bitirir.Seyid Şuşinskidən aldığı elm və tərbiyənin talantı onu zirvələrə götürəcəkdi…

“Gecələr yuxusuz qoymusan məni”

Azərbaycan Dövlət Bədayə Teatrının (indiki Opera və Balet Teatrı) solisti kimi fəaliyyətini davam edir.

Dövrünün və çağımızın tanınmış bəstəkarı Ü.Hacıbəyovun bəstələdiyi bütün rollarda baş rollarıyla unudulmaz obrazlar yaradır.Gərək teatr xadimi, gərəksədə xalq müğənnisi kimi onun səsi keçmiş SSRİ’də sensasiyaya səbəb olduğu kimi, mahnıları diyar-diyar gəzərək bağlı – tikanlı sərhəd tellərini keçib ata ocağı Ərdəbilə də çatmışdı…

”Leyli Məcnun”unda  oynayarkən Leyli kimi öz həyatını, Şəhriyarın “Heydərbabaya Salam” əsərini oxuyarkən doğma Ərdəbilinə olan həsrətini, “Gecələr yuxusuz qoymusan məni” mahnısını oxuyarkən sərhəd tellərinin o tayında qalan elini-obasaını özləməsiylə bərabər, edam edilmiş yarının həsrətini oxuyurdu Rübabə xanım…

Gərək Vətən həsrəti, gərəksə də nakam məhəbbətini oxuyan Rübabə Muradova əslində sənətə öz dərdini – həyatının acı və ağrısını danışmaqla fəda etmişdi…

1971-ci ildə Azərbaycan SSRİ-nin Xalq Artisti və SSRİ-nin “Şərəf Nişanı” ordeninə layiq görülən xanım aktrisanin əslində real həyatda üzü gülmür…

Onun həyatını araştırarkən A.Eyvazlının bacısı T.Məmmədovadan götürdüyü müsahibədən və həyatı haqqında çəkilən sənədli filmdən də görünürdü ki, Bakıda  “Leyli və Məcnun” rolunda Leyli rolunu ifa edərkən gözəl səsi, tamaşaçı qismində izləyən Hindistanın Xalq Artisti Rac Kapur tərəfindən bəyənilir, xanım müğənnini Hindistanda birlikdə “Leyli və Məcnun” filmində baş rollarda çəkilməyə dəvət etsə də, Rübabə Muradova Rac Kapura Vətənindən uzaqlara getmək niyyəti olmadığından rədd cavabı verir.

Naxçıvanda qastrolda ilk dəfə Arazı görür

Qastrol səfəri, silsilə dövlət konsertləri onu Naxçıvan Muxtar Respublikası C.Məmmədquluzadə adına Dövlət Dram, Bədaye Teatrına götürürdü… Naxçıvan caamaatı onu canlı görmək üçün teatra toplaşırdı…Xalq Artisti Rübabə Muradova isə yolda gedərkən ətrafa baxırdı…Artıq əziyyət çəkdiyi Qaraciyər serrozu onu solğun çiçəyə bənzədirdi…İlk dəfə gəncliyinin dərdini görür Naxçıvanda . Onun göz yaşlarıyla baxdığı tikanlı-məftillərə sarılan həmin çay Araz idi…O çay onu gəncliyində ailəsiylə qaçdığı günlərə aparırdı… Ərdəbildəki evlərini, edam olunmuş yarını, görə bilmədiyi övladını – ağrılı taleyini gözlərinin önündən keçirdi Rübabə Muradovanının…Necədə əsməyə bilərdi ? Sənətə sərf etdiyi, “Leyli və Məcnun”da oynadığı Leyli obrazı gerçək həyatda özü, yanğılı oxuduğu muğamlarındakı Araz həsrəti elə Ərdəbildəki ocağına həsrət qalmasının dərdi idi…Sənətdə, səhnədə əslində o öz talesiz həyatını gerçəkdən oynayırdı… 50 yaşlı korifey sənətkar sanki, öləcəyini bilirmiş kimi bacısı Tairə Muradovaya ölümündən sonra nə zamansa sərhəd telləri açıldıqda doğma şəhəri Ərdəbilə getməsini, gəldikdə isə məzarına Ərdəbil torpağını tökməsini istəmişdi… Ölümünə sayılı günlər qala xanım sənətkar Ərdəbil ağrısı, Araz həsrəti yaşamasına rəğmən vəsiyyətindən də göründüyü kimi pozitiv olaraq bir gün sərhəd dirəklərinin açılacağına – ata ocağına olan həsrətin özünə qismət olmasa da mühacirlərə qismət olacağına böyük ümidlə inanarmış…

8 avqust 1983-cü ildə Bakıda vəfat edən xanım aktrisa öz xalqının çiyinlərində Yasamal qəbirstanlığında torpağa tapşırılsa da mənən olaraq bu ölümlə kimsə barışmır.Bunun nəticəsidir ki, oxuduğu mahnılar bu gün də xatırlanır, dinlənilir.

90-cı illərin əvvəllərində Şah Üsul İdarəsinin cənubda gedişi, şimalda isə SSRİ-nin irtica siyasətinin bitişiylə xalq əzmiylə sərhədlər sökülür…Elə Rübabə Muradovanın sonuncu dəfə həsrətlə Naxçıvandan baxdığı o tellər ümummillilider H.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu vaxtdan, bütün siyasi təyziqlərə baxmayaraq xalqın səsinə səs verərək qərar qəbul etməsiylə başlanılır…

Epistomelyar mədəniyyət irsimiz korifey sənətkar, ensiklopedik şəxsiyyət Rübabə Muradovayla qürur duyur.

Məzarına Ərdəbil torpağımı səpməli, Araz suyumu tökməli?

Amma məncə Araz sərhədləri açılsa da , Rübabə xanım arzusuna çata bilmədi…Məzarına Ərdəbil torpağı tökülsə də… Çünki, nakam sevgisinə oxuduğu mahnılar, bir anatək qəmgin repertuarda oxuduğu, oynadığı rollar, bağlanan sərhəd telləriylə Ərdəbilə həsrət qalması,- bir sözlə Araz yanğısı ilə dərdini birləşdirən sənətkar səhnədə öz taleyini, real həyatını oynayır, oxuyurdu.O dərdini səhnədə canlandırdığı üçün gərək oxuduğu mahnılar, gərəksə də oynadığı rollar təbii alınırdı…Gündəmdən düşmürdü o…Arazı dərdi bilən xanım sənətkar hər zaman Vətən həsrəti, nakam sevgisi, anatək övladının ayrılışını Arazda- sərhəd tellərində görürdü…Sovet Azərbaycanında onun satılan  “Doldur Piyaləmi Arazdan Mənim” albumuyla əslində öz taleyinin qəmini oxumuşdu Rübabə xanım . Qəmi dərya olan xanım sənətkar Araz suyunu dərdi bilmiş, sərhəd telləriylə əhatəli çaydan içə bilməmişdi Araz suyu arzusundakı milliyyətçi sənətkar :

Mən onsuz da məstəm, dəryadır qəmim,
Bir an ayrılmayır qəmdən aləmim.
Doldur piyaləmi Arazdan mənim,
Gəl keçirt dərindən-dayazdan məni.

Azərbaycan Teatrşünaslıq və Epistemolyar Musiqi Mədəniyyəti tariximizdən Yunis Əmrə demişkən “hər gələn baxdı keçdi”. Rübabə Muradova isə bu sənətdən nakam məhəbbətinin acısını oxuyaraq, rollarında o nakam məhəbbəti canlandırması, Vətən ağrılı muğamlarıyla öz gerçək həyatını səhnədə canlandıraraq keçdi.50 illik ağrının və acının yüküylə özünü talesiz hesab edən xanım sənətkar çox sadə biri imiş… Azərbaycan mədəniyyətinə öz möhürünü vuran Rübabə xanımsa  müsbət əməlləri ilə- təmiz qəlbiylə xalqına xidmət etməklə keçdi ,həmdə könül rübabıyla keçdi…

PS: Gənc nəsillər Rübabə Muradovanı unutmamalı onu daim yad etməlidir.Çünki, o , bu həyatdan öz həyatının dizisini oynaraq mədəniyyət tarixindən sanballı rolları, muğamlarıyla yeni bir cığır açaraq  keçdi.

*Araşdırmanı apararkən açıq informasiyadakı internet resurslarından və X.R.Ulutürk adına Dövlət Kitabxanasının rəsmi tarixi mənbələrindən istifadə edilmişdir.

 Elçin Süleymanov

Bakı,Azərbaycan

 

 

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv