Arazda boğulan uşaqları xilas edən iki nəfər xəsarət aldı

Araz çayında boğulan uşaqları xilas edən iki nəfər xəsarət alıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, çayda çimən yeniyetmələrin suda boğulduqlarını görən rayon sakinləri – 1978-ci il təvəllüdlü Əhmədov Mehman Hacıağa oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Vəli Cəfər oğlu yeniyetmələri sudan çıxararaq xilas ediblər. Lakin sonda hər ikisinin gücü tükəndiyindən onların qarın nahiyələrinə su dolub. Nəticədə halları pisləşib. Hər iki şəxs təcili yardım maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yardım göstərildiyindən bir neçə saat sonra M.Əhmədov və V.Hüseynov ambulator müalicəyə göndərilib.

İlkin məlumata görə, Arazda çimən yeniyetmələrin sayı çox olub.

Faktla bağlı araşdırma aparılır.

COP29