“ARB 24″də iş imkanı: Növbəti təlimin vaxtı açıqlandı – Fotolar

Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan 2-ci “NewsLab” proqramı yekunlaşıb.

Yenicag.az xəbər verir ki, 3 ay davam edən təlimlərdə iştirakçılar xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj üzrə müvafiq biliklərə yiyələniblər. Builki müsabiqəyə 8-i jurnalistika, 3-ü digər fakültə tələbəsi olmaqla ümumilikdə 11 gənc qatılıb. Təlimlərdə iştirak edənlərə sertifikatlar təqdim olunub. Proqramı uğurla başa vuran 6 iştirakçı “ARB 24″də işə götürülüb.

Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2024-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.

COP29