!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

ARB-də müğənninin geyiminə görə canlı yayım dayandırıldı - FOTO

!Reklam – Yazi

ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində qonaq olan müğənni Kəmalə Qaramollayevanın ifası yarımçıq kəsilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb isə onun geyindiyi dekolteli korset olub.

Kəmalə rəqs edən zaman pencəyinin ön hissəsini açıb. Həmin an efir yarımçıq kəsilib və hava proqnozu yayımlanıb.

Veriliş efirə qayıtdıqda Qaramollayevanın pencəyinin ön hissəsi bağlı olub.

Məsələ ilə bağlı telekanalın mətbuat katibi Mail Əsgərov “Qafqazinfo”ya bildirib ki, son zamanlar ARB televiziyasının qonaqların geyim standartları çərçivəsində tələbi var: “Dünən “Həmin Zaur” verilişində qonaq bu tələbələrdən bir az kənara çıxmışdı. Buna görə də qısa fasilə verilib, məsələ həll edilib, yenidən efirə qayıdılıb. Şirkətdə geyimlə bağlı xüsusi komanda var. Bu komandanın köməyi ilə məsələ çözülüb”.

www.yenicag.az

3280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv