Arda Turan 2437 gün sonra…

Türkiyə Super Liqasının son turunda keçirilən “Bursaspor” – “Başakşehir” (0:3) qarşılaşması qonaqların yeni transferi Arda Turan üçün əlamətdar olub.

Yenicag.az xəbər verir ki, yeni klubunda debütünü qolla qeyd edən təcrübəli yarımmüdafiəçi komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, Arda 6 il 8 ay sonra yenidən Super Liqa matçına çıxıb. O, sonuncu dəfə 2437 gün əvvəl, 20 may 2011-ci ildə “Qalatasaray” forması ilə “Konyaspor”a qarşı oynayıb.

COP29