“Barselona”nın türkiyəli futbolçusu Arda Turan karyerasını ABŞ-da davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, 30 yaşlı futbolçunun Major Liqada mübarizə aparan “Chicago Fire” klubuna keçidi gündəmdədi. Xarici medianın yaydığı məlumata görə, Kataloniya təmsilçisində oynamaq şansı qazanmayan türk futbolçu məhz ABŞ klubuna keçəcək.
Xatırladaq ki, “Barselona”ya 2015-ci ildə 34 milyon avroya transfer olunan Türkiyə millisinin üzvü bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib. Onun adı daha öncə “Beşiktaş”, “Başakəşəhər”, “Milan” və Avropanın daha bir neçə nəhəng klubu ilə birgə hallanır.