Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Arda Turan “Barselona”da imza atdı – VİDEO

Reklam: High Technic

arda-turan-barcelona-ya-imza-atti-7495812_3147_mİspaniyanın “Atletiko Madrid” klubundan “Barselona”ya transfer olan Türkiyənin milli futbolçusu Arda Turan yeni klubuyla 5 illik müqavilə imzalayıb.

Bu haqda məlumatı “haberler” saytı yayıb.

Türk idman tarixinin ən önəmli transferi baş tutub. Milli futbolçu Arda Turan İspaniya nəhəngi “Barselona” ilə 5 illik müqavilə imzalayıb.

“ATLETİKO QƏLBİMDƏ QALACAQ”

İmza mərasimindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Arda “Atletiko Madrid”in başqanı Cerezoya, baş məşqçi Simeoneya və komanda yoldaşlarıma çox təşəkkür edirəm. Burda olmağımda onların payı çox böyükdür. Hər biri qəlbimdə xüsusi bir yerə malik olacaq. “Atletiko” tərəfdarı ürəyimdə qalacaq” sözlərini deyib.

“HƏMİŞƏ “BARSELONA”DA OLMAQ İSTƏDİM”

“Dünyanın ən böyük klubunda olduğum üçün çox xoşbəxtəm” deyən Arda sözlərinə belə davam edib: “Ümid edirəm ki, burada ən gözəl kuboklarla çox gözəl illər keçirəcəm. Klubun şüarı bir klubdan daha böyükdür. Mən də daha artıq medallar qazanmaq üçün gəlmişəm. “Barselona”ya qarşı hər zaman bir simpatiya hiss etdim. Məni yaxından tanıyanlar bilir, həyatım boyu həmişə “Barselona”da olmaq istədim. Mən “Barselona”nın uğuru üçün buradayam. Mənim xəyalım “Barselona” formasıyla sahəyə çıxmaqdır. 6 ay bunun üçün əhəmiyyətli bir zaman deyil”.

“KİMSƏ XAVİ KİMİ OLA BİLMƏZ”

Arda kimsənin Xavi olmayacağını vurğulayıb: “Həyatım boyu Xavinin məsuliyyətini gəzdirmərəm. Bütün futbolsevərlərin idealı odur. Mən başqa səpgili futbolçuyam. Öz stilimi, tərzimi əks etdirib, insanların qəlbinə girmək istəyirəm. Amma Xavi çox xüsusi bir oyunçudur, heç kəs onun kimi ola biməz”.

“SİMEONE LUİS ENRİQUE OLA BİLƏRMİ?”

Luis Enriquenin özünü axtardığını bildirən Arda daha sonra bunları deyib: “Luis Enrique məni aradı və “xoş gəldin” dedi. Məni çox sevindirən bir telefon zəngi oldu. Luis Enrique ilə çalışmadan onu Simeone ilə müqayisə edə bilmərəm. Amma Luis Enrique haqda danışmağa ehtiyac yoxdur. Simeone mənim qəlbimdə xüsusi bir yerə malikdir. Mənə çox faydası olub. Messi dünyanın ən yaxşısıdır, lakin mənim idealım Iniestadır. Bunu daha əvvəl də demişdim. Mən komandamın uğuru üçün buradayam. Hansı mövqedə oynayacağıma Enrique qərar verəcək. Mən hər yerdə oynayıram. Dünyanın ən yaxşı futbolçuları ilə oyun kefi yaşamaq istəyirəm”.

“O ZAMAN QOLU ATAN ENRİQUE İNDİ BAŞ MƏŞQÇİMDİR”

13 il əvvəl “Qalatasaray”da olduğu dövrlə bağlı suala gülərək cavab verən Arda Turan vurğulayıb: “2002-ci ildəki Galatasaray-Barselona oyununda Luiz Enriquenin atdığı qol oyundankənar idi və biz o matçı uduzmuşduq. O oyunu yaxşı xatırlayıram. İndi buradayam və L.Enrique də baş məşqçimdir”.

“AYAQQABI ATMAQ OLAYI SƏHVDİR”

“Hər zaman qarşımdakı rəqiblərimə çox hörmət etdim. Əvvəlki klubumda qazandığım bütün kubokları burada qazanmaq istəyirəm. Çünki bu klub bunları bacaran bir klubdur. Simeonenin məşqləri ağır idi, ancaq ürəyə yatırdı. Enriquenin məşqləri də başqa cürdür. Ümid edirəm ki, görüləcək işlər kuboklar üçün nəzərdə tutulub. Messi günün deyil, futbol tarixinin ən yaxşı oyunçusudur. Ümid edirəm ki, Luis Enriquenin məşqləri bütün kubokları əldə etməyimizə yardımçı olacaq. Ayaqqabı atmaq olayı da bir səhvdir və keçmişdə qaldı”, – deyə Arda bildirib.

“RONALDO MESSİ OLA BİLƏRMİ?”

“Ronaldo Messi ola bilərmi?” sualına cavab verən Arda əlavə edib: “Ronaldo xüsusi bir futbolçudur, amma mənim üçün gələcəkdə və keçmişdə kimsə Messi olmayacaq. Messi bu günün deyil, futbol tarixinin ən yaxşı oyunçusudur. Madriddə xoşbəxt olmağımın səbəbi kuboklar əldə etməkdir. Say önəmli deyil. Əhəmiyyətli olan “Barselona” formasını geyinməkdir. Komanda yoldaşlarımla da danışdıqdan sonra nömrə seçəcəyəm”.
Xüsusi mərasimdə jurnalistlərin suallarını cavablandıran Ardaya imza mərasimindən sonra xüsusi kollaj hazırlanan imza hədiyyəsi də verilib.

İKİNCİ TÜRK

Arda Turan “Barselona”da oynayacaq ikinci Türk futbolçu olacaq. Milli qapıçı Rüştü Rəncbər də 2003-2004 mövsümündə İspan nəhənginin formasını tərlətmişdi.

www.yenicag.az

211
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM