Türkiyə Super Liqasının 32-ci turunda keçirilən “Başakşehir” – “Sivasspor” matçında xoşagəlməz anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, Arda Turan qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqib futbolçunun müdaxiləsindən sonra yerdə qalsa da, oyunun baş hakimi “davam” deyib.
Təcrübəli yarımmüdafiəçi isə hakimin bu qərarından əsəbləşərək hirsini yan xətt hakimini itələməklə soyudub.
Nəticədə Arda Turan qırmızı vərəqə alaraq meydan qovulub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.