Arda Turan karyerasını başa vurdu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Türkiyə yığmasının sabiq üzvü “Arda Turanın vidası” adlı video yayımlayıb.

Qeyd edək ki, təcrübəli oyunçu Türkiyədə “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da şərəfini qoruyub./Report/