Yarımmüdafiəçi “Atletico”da noyabr ayının ən yaxşı futbolçusu olub.
“Özümü çox yaxşı hiss edirəm. Düzü, optimal formada olduğumu düşünürəm. Cari mövsüm yaxşı keçir. Amma bizim üçün əsas olan mövsümün sonunda uğur qazanmaqdır. 2014-cü ili əla başa vurmaqdayıq. İnşallah, qarşıdakı 3 oyunu da qalib başa vurub böyük əhval-ruhiyyə ilə istirahətə yollanacağıq. Bazar günü “Villareal”a qarşı oyun da önəmlidir. Çətin olsa da, azarkeşlərimizi sevindirmək istəyirik. Həm azarkeş, həm komanda, həm də klub cəhətdən “Vicente Calderon”da çox gülüyük”.