Türkiyə millisinin futbolçusu Arda Turanın yeni klubu müəyyənləşib.
Yenicag.az xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan təcrübəli yarımmüdafiəçi icarə əsasında “Başakşəhər”də çıxış edəcək. Klub rəsmi məlumat yayaraq, futbolçunun “Başakşəhər” üçün vətənə döndüyünü bəyan edib. Onunla 1,5 + 1 müqavilə imzalanıb.
Qeyd edək ki, “Başakşəhər” Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir.