Türkiyəli futbolçu Arda Turana 2 il 8 ay 15 gün həbs cəzası kəsilib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz futbolçu Arda Turan və müğənni Berkay Şahin arasında yaşanan münaqişədən sonra açılmış cinayət işi üzrə təhqiqat başa çatıb.
Nəticədə təqsirli hesab olunan Arda Turana 2 il 8 ay 15 gün həbs cəzası verilib.