Arda Turandan şok qərar: Karyerasını başa vurduğunu açıqladı

Türkiyə millisinin üzvü Arda Turan şok qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yığma karyerasını başa vurduğunu açıqlayıb.

“Etdiyim hərəkətə görə peşman deyiləm. Mən yaxşı, şərəfli bir insan olmaq üçün yaşamışam. Haqqımda belə xəbər yayan hər kəsə bu formada etiraz edəcəkdim. Milli komandada karyeramı başa vururam. İnşallah, insanların qəlbində yaxşı futbolçudan daha çox yaxşı adam kimi qalaram” deyə, “Barselona”nın futbolçusu bildirib.

Qeyd edək ki, Arda Turanın bu qərarından əvvəl Türkiyə millisinin baş məşqçisi Fatih Terim onu millinin düşərgəsindən kənarlaşdırıb. Buna onun dünən təyyarədə “Milliyet” qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub.

Yenicag.az

 

COP29