Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Arda Turanın başı dərddə - Məhkəməyə verilir

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi Makedoniya ilə keçirilən yoxlama matçından (0:0) sonra Skopye – Triest marşrutu ilə hərəkət edən Türkiyə millisinin təyyarəsində gərgin anlar yaşanıb.

Yenicag.az-ın məlumatına görə, “ay-ulduzlular”ın kapitanı Arda Turan “Milliyet” qəzetinin idman yazarı Bilal Meşeni əvvəlcə təhqir edib, sonra da onun üstünə cumub.

Məsələ ilə bağlı danışan Bilal Meşe bu addımına görə “Barselona”nın futbolçusunu məhkəməyə verəcəyini açıqlayıb: “O, məni və ailəmi təhqir etdi. Məndən başqa Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören və milli komandanın baş məşqçisi Fatih Terimi də söyüb. Şahidlərim yetərincədir. Səfərdən qayıtdıqdan sonra prokurorluğa müraciət edəcəm”.

Qeyd edək ki, “Avro-2016” ərəfəsində Türkiyə millisi ətrafında futbolçulara veriləcək pul mükafatlarına görə böyük söz-söhbət yaranmışdı. Həmin bu mübahisəli məsələ təyyarədə də müzakirə edilib. Məsələni mətbuatda qabardan jurnalist Bilal Meşe də təyyarədə olduğundan arzuolunmaz insident yaranıb.

Yenicag.az

www.yenicag.az

645
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100