Arda Turanın oteli binanı çökdürdü – Anbaan video

İstanbulda dördmərtəbəli bina çöküb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Beyoğlu Sütlücedə təhliyə edilən dördmərtəbəli binanın çökməsinə səbəb torpaq sürüşməsi olub.

Binanın sahibi Emin Ertük torpaq sürüşməsinə səbəb Arda Turanın burada otel tikdirməsi olduğunu bildirib.

“Burada tikinti gedərkən onlara xəbərdarlıq edik. Fotolar göstərdi. Bina mənimdir. Orada “kirayəşin”lər var. Tək sevindiyim çökmə zamanı binada heç kimin olmamasıdır. Mal-mülk ikinci dərəcəlidir. Şükür edirik ki, canımıza heçnə olmadı”, – ev sahibi qeyd edib.

Qeyd edək ki, futbolçu otelin olduğu ərazini 4 milyon dollara almışdı.

COP29