Arda Türkiyə millisi ilə bağlı qərarını açıqladı

“Barselona”nın futbolçusu Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Kosova ilə matçdan öncə yığma karyerasına son verdiyini açıqlayan təcrübəli yarımmüdafiəçi fikrini dəyişib. “Ay-ulduzlular”ın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra yığmaya geri dönməklə bağlı qərar qəbul edən Arda, bunu instagram” hesabı vasitəsi ilə rəsmən bəyan edib:

“Qarşıdakı 4 oyunluq çətin müddətdə və gələcəkdə istənilən şərtlər altında komanda yoldaşlarımın yanında olmaq istədiyimi ictimaiyyətə bəyan edirəm”.

Yenicag.az

COP29