Arəstə Baxışova “Vətən uğrunda” medalı ilə təltif edilib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, təltif olunanlar arasında şəhid olan qadın hərbçimiz Arəstə Baxışova da var.

Baxışova Arəstə Kərim qızı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.