Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç prezidentliyə namizəd olmaq istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə o, “İnterfaks-Ukrayna”ya bildirib.
O, jurnalistin Ukraynada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı suallarına “Bəli, namizədliyimi irəli sürəcəm”, -deyə cavab verib.
Qeyd edək ki, müharibə şəraiti ilə bağlı Ukraynada prezident seçkilərinin nə zaman olacağı məlum deyil./Qafqazinfo/