Argentina hökumətindən Messiyə qarşı şok ittiham – Çirkli pulların yuyulması – FOTO

Argentina hökuməti futbolçu Lionel Messini və atasını çirkli pulların yuyulmasında ittiham edib.

Yenicag.az xəbər verir ki, prokuror Pablo Turano bununla bağlı ittiham irəli sürüb. İstintaq yaxın zamanlarda Messinin sahibi olduğu “Leo Messi” xeyriyyə fondunun fəaliyyətini yoxlayacaq.

Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl 1,4 milyon avro dəyərində vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək 21 aylıq həbsdən yayınıb.

COP29