Argentina Rusiyanı məğlub etdi – VİDEO

Futbol üzrə Argentina və Rusiya milli komandaları arasında yoxlama oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, sözügedən komandalar Moskvanın yenilənmiş “Lujniki” stadionunda üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. Görüşdə yeganə qolu 86-cı dəqiqədə qonaqların futbolçusu Serxio Aquero vurub.

Yoxlama oyunu
11 noyabr

Rusiya – Argentina – 0:1
Qol: Aquero, 86.