Argentinada 2016-cı ildə 16 yaşlı qıza təcavüz edərək öldürən 2 caninin azadlığa buraxılmasına etiraz olaraq qadınlar özlərini cəsəd torbalarına bükərək binalara asıblar.
Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl başa çatan məhkəmə prosesi cinayətkarları azadlığa buraxmaq haqqında qərar qəbul edib.
Qərara etiraz olaraq, Qadın Hüquqları Hərəkatı “Ni Una Menos” (Bir nəfər daha azalmayacağıq) adı altında aksiyalara başlayıb. Minlərlə insan küçələrə axışıb.
Dünən isə etirazlar daha da böyüyüb. Işçi və feminist qruplar da aksiyalara qoşulub. Etirazçıların bir qismi özlərini cəsəd torbalarına bükərək binalardan asıb.
Qeyd edək ki, Argentinada 2016-ci ildə rəsmi statistikada qadınlara qarşı 254 cinayət hadisəsi qeydə alınıb.
Bundan başqa ölkə qadınları 1 ildir abortun leqallaşdırılması üçün mübarizə aparır.