Argentinada üçgünlük matəm – Prezident Sarayında vida mərasimi keçiriləcək

Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Yenicag.az xəbər verir ki, mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.

Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

Dünya futbolunun əfsanələrində biri olan Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentina Prezidenti Alberto Fernandes ölkədə üçgünlük matəm elan edib.

Qeyd edək ki, Maradona bu gün 60 yaşda ürək tutmasından ölüb.