Arı hamilə qadının başına bəla oldu – Azərbaycanda

Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.

Yenicag.az xəbər verir ki, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.

Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report