Arı sancan gənc öldü

Ağstafada Şəmkir sakinini arı sancaraq öldürüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşağı Göycəli kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü İ.Qəhrəmanov arı sancmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.