!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arı xəstəliklərinin nəzarətdə saxlanılması mövzusunda seminar keçirilib

!Reklam – Yazi

547db987-1a2b-4360-8629-c5191c6903c025 may-02 iyun 2016-cı il tarixlərində Gəncə şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə “Arı xəstəliklərinin nəzarətdə saxlanılması” mövzusunda seminar keçirilmişdir.

Seminarda Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin veterinar fakültəsinin dekanı, professor Dr.Hayrettin Akkaya “Arı xəstəlikləri və ona qarşı aparılan mübarizə təbirlərinə” dair məruzə ilə çıxış etmişdir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin, AMEA Zoologiya İnstitutunun əməkdaşları, baytarlıq mütəxəssisləri, eləcə də arıçılıqla məşğul olan rayonların arıçıları iştirak etmişlər.

Seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Humanitar Yardım üzrə Respublika Komissiyası, Gəncə Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Arıçılar İttifaqı və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dəstəyi ilə baş tutmuşdur.
Keçirilən seminar zamanı 35-ə qədər iştirakçı Göygöl, Samux və Goranboy rayonlarında olan müxtəlif arıxanalarda olmuş, Respublika Baytarlıq Laboratoriyası işçilərinin nəzarəti altında nümunələr götürmüş və ADAU-nun laboratoriyasında müxtəlif xəstəliklərə görə müayinədən keçirmişlər.

Seminarda varroa gənəsi, novimatoz, akarapidoz, Avropa çürüməsi, Amerika çürüməsi, pullu çürümə, nosema cerenae, nosema apis kimi parazit və infeksion xəstəliklərin diaqnostikası, klinikası, arılardan nümunələrin təlimata uyğun götürülməsi, arıların erkən yaz və payız qidalandırılması, xəstəliklərə qarşı aparılan mübarizə üsulları, profilaktik tədbirlər barədə məlumatlar verilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır.

8 gün müddətində davam edən seminarda professor Dr.Hayrettin Akkaya tərəfindən Türkiyə və dünyadakı arıxanalarda mövcud olan infeksion və invazion xəstəliklər və onlarla mübarizə üsulları zamanı qazanılmış təcrübələr, istifadə olunan arı dərmanları barədə də məlumatlar verilmişdir.
Seminar çərçivəsində arı xəstəliklərinin aşkar olunması və qarşısının alınması istiqamətində baytarlıq mütəxəssisləri xeyli bilik və təcrübə əldə etmişlər. Arıçılara bildirilmişdir ki, artıq Azərbaycanda arı xəstəliklərinə baytarlıq laboratoriyalarında diaqnoz qoyulur və xəstəliklərə qarşı mütəşəkkil mübarizə işi təşkil edilir.

Seminar öz işin iyun ayının 3-də Azərbaycan Dövlət Aqrar Universitetində, 4-də isə Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcək konfranslarda davam etdirəcəkdir.

 

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv