!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ariel 1 ton paltar yudu: “Geyimini bağışla!” kampaniyası minlərlə uşağa sevinc payı topladı - FOTOLAR

!Reklam – Yazi

“Kiçildiyinə, ləkələndiyinə görə sizi kədərləndirən geyim hansısa uşağın üzünü güldürə bilər. Ləkələrdən isə narahat olmayın! Ariel ən çətin ləkələri bir yumadan təmizləyir!” – Ariel brendi mart, aprel, may aylarında bu çağırışla böyüklərə səsləndi.

Ariel geyim bağışlama kampaniyasını bu il Bazarstore mağazalar şəbəkəsi ilə birgə təşkil edib. Üzərində “İstifadə etmədiyiniz paltarlarınızı Bazarstore mağazalarına gətirin, Ariel ilə tərtəmiz olsun, ehtiyac sahiblərində illərlə yaşasın!” yazılmış qutular 15 mağazada yerləşdirilib. 3 ay ərzində qutulara çəkisi 1 tondan ağır – 2000 ədəddən artıq paltar yığılıb.

“Geyim bağışlama kampaniyası Ariel brendinin dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda illərdir ki, uğurla davam etdirdiyi sosial məsuliyyət kampaniyalarındandır. Bizi bu kampaniyanı aparmağa sövq edən və ürəkləndirən məhsulumuzun verdiyi güvəndir. Bildiyiniz kimi, uşaqların aktivliyi onların geyimlərində ləkəsiz ötüşmür. Uşaq geyimlərinin istifadə müddətini tez bitirməsinə səbəb uşaqların sürətlə böyüməsindən daha çox, çətin təmizlənən ləkələrdir. Biz Ariel-ə güvənərək deyə bilirik ki, lazımsız hesab etdiyiniz paltarlarınızı gətirin, onları yuyub ehtiyacı olanlarda ikinci həyat bəxş edək” – Procter & Gamble şirkətinin Azərbaycan, Gürcüstan və Orta Asiya Respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu kampaniya barədə bildirib.

“Çağırışımıza səs verib kampaniyaya qoşulmuş, uşaqlara bizimlə birgə sevinc payı bəxş edən hər kəsə P&G ailəsi adından təşəkkür edirik” – şirkət rəsmisi deyib.

Qeyd edək ki, Procter & Gamble şirkətinin yuyucu toz brendi olan Ariel Avropada satış üzrə brend №1-dir.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

www.yenicag.az

6981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv