Arif Alışanov AzTV-nin rəhbərliyindən çıxarıldı – SON DƏQİQƏ

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sədr vəzifəsini müvəqqəti olaraq AzTV-nin efirində gedən “Günün nəbzi” və “Həftə” analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədov icra edəcək.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Nizam oğlu Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.