!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arif Hacılıda olmayan etiraf və istefa mədəniyyəti: Müsavat bu ləkədən necə təmizlənəcək?

!Reklam – Yazi

Son zamanlar qeyri-siyasi məsələlərdə adı ən çox hallanan, müxtəlif qalmaqalların mərkəzinə düşən təşkilat heç şübhəsiz ki, Müsavat Partiyasıdır. Müsavatın Arif Hacılının yenidən başqan seçildiyi sonuncu qurultayından həmən sonra “mühacir biznesi”ndə ittiham olunmağa başladı.

Çox sayda vətəndaşın mühacirətə yollanması üçün tələb olunan müəyyən sənədlərin təqdim olunmasında saxtakarlığa yol verilməsinə dair ittihamlar Arif Hacılı da daxil olmaqla, Müsavatın bır sıra rəhbər şəxslərini əhatə edir.

Almaniya polisinin ötən ay həyata keçirdiyi əməliyyat nəticəsində Müsavatın “mühacir biznesi”nə nə qədər dərindən bulaşdığı üzə çıxdı. Müsavat Avropa Koordinasiya Mərkəzinin (MKM) rəhbər şəxslərinin həbsi ilə nəticələnən əməliyyat zamanı aşkarlanan faktlar artıq məhkəməyə göndərilib.

Məsələni operativ araşdıran Almaniya məhkəməsinin ilkin qiymətləndirməsində də müsavatçıların sənəd saxtakarlığı məşğul olduqları öz əksini tapıb. Artıq Azərbaycan mediasında da işıqlandırılan həmin sənəddə bir çox təkzibedilməz faktlar ictimailəşdirilib.

Ortaya çıxan bu qədər fakta, hətta sabiq və hazırda partiya üzvü olan müsavatçıların “mühacir biznesi” haqda söylədiklərinə baxmayaraq, Arif Hacılı bu ittihamların əsaslılığını şübhə altına almağa cəhd göstərir. Hətta uyğun sənədlərin üzə çıxarılması da Müsavat başqanının blefdən əl çəkməsinə təsir etmir.

Ümumiyyətlə, Arif Hacılının başqan seçilməsindən sonra sıradan bir partiyaya çevrilən Müsavatın “mühacir biznesi”nin episentrində qərarlaşması bu təşkilatın “siyasi fəaliyyət”i gəlir mənbəyi kimi gördüyünü, bundan qanunsuz maddi fayda götürdüyünü birbaşa təsdiqləyir.

Xüsusi vurğulamaq yerinə düşər ki, bu ittihamlar hakimiyyətyönlü düşərgə tərfindən ortaya gətirilməyib. Bunu Almaniya məhkəməsinin qərarı deyir, o cümlədən, müsavatçıların özləri də inkar etmirlər.

Lakin ortadakı sübutlara rəğmən, Arif Hacılı tövrünü pozmaq istəmir. Normalda o, Müsavat başqanlığından istefa verərək, tarixi partiyanın adına vurduğu ləkəyə görə xalqdan üzr istəməli idi. Ancaq Hacılı və “kompanyon”ları bu yanaşmadan çox uzaqdırlar.

Çünki alver onlar üçün siyasi fəaliyyətin dəyişməz normasıdır…

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv