Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Arif Hacılının MGT planı – Fotolar

Reklam: High Technic

10678834_763929787031611_4103180808723579565_nMüsavat partiyasının gənclər təşkilatına yeni müvəqqəti sədr seçiləcək. Sabahkı iclas müsavatçı Səma Qəbulovanın rəhbərliyi ilə keçiriləcək.

Səma Qəbulova facebook hesabında qeyd edib ki, onun müvəqqəti sədrliyi ilə bağlı səsvermə sabah keçiriləcək.

YENİCAG.AZ xəbər verir ki, Müsavat Gənclər Təşkilatına sədr təyin olunacaq xanım hazırda həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimovun yaxın çevrəsindədir və Arif Hacılını dəstəkləyir.

Bu xanımın gənclərə sədr seçilməsi təmin edilərsə, uzun müddətdən bəri suların durulmadığı MGT-də yeni bir dönəm başlaya bilər. Çünki narazıların faktiki olaraq uzaqlaşdığı Müsavat Gənclər Təşkilatı bu seçimlə əslində yenidən qurulacaq.

Xatırladaq ki, təşkilatın keçmiş sədri Əhliman Abbas oktyabrın 12-də istefa verərək partiya sıralarından gedib.

39703 608370 1378760_596694423702259_611516680_n 10603566_768915199833081_1876120258067905290_n 10675714_661625813950068_545541321458313952_n  10711081_813383758682463_1627267664342399192_n

www.yenicag.az

567