Müsavat partiyasının gənclər təşkilatına yeni müvəqqəti sədr seçiləcək. Sabahkı iclas müsavatçı Səma Qəbulovanın rəhbərliyi ilə keçiriləcək.
Səma Qəbulova facebook hesabında qeyd edib ki, onun müvəqqəti sədrliyi ilə bağlı səsvermə sabah keçiriləcək.
YENİCAG.AZ xəbər verir ki, Müsavat Gənclər Təşkilatına sədr təyin olunacaq xanım hazırda həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimovun yaxın çevrəsindədir və Arif Hacılını dəstəkləyir.
Bu xanımın gənclərə sədr seçilməsi təmin edilərsə, uzun müddətdən bəri suların durulmadığı MGT-də yeni bir dönəm başlaya bilər. Çünki narazıların faktiki olaraq uzaqlaşdığı Müsavat Gənclər Təşkilatı bu seçimlə əslində yenidən qurulacaq.
Xatırladaq ki, təşkilatın keçmiş sədri Əhliman Abbas oktyabrın 12-də istefa verərək partiya sıralarından gedib.