Arif Məmmədov xəyanətinin və satqınlığının xronologiyası — Mürtəza Bünyadlı yazır

Heydər Əliyevin zamanında dediyi gözəl bir kəlam var: “Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir”.

Doğru deyib, xalqının malına göz dikib, oğurluq edən şəxs xəyanətkardır.

Ona görə də tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanılmaz cinayət olub. Ələlxüsus da bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb.

Azərbaycan xalqının mentalitetində də satqınlıq və xəyanət tarixən ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilib. Bu cinayəti işləyən şəxs təkcə özünü deyil, təmsil etdiyi bütün nəslinə, tayfasına zərbə vuraraq cəmiyyətdə onlara olan inam və etimadı sarsıldıb.

Belə bir deyim var, deyərlər ki, xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır. Xüsusilə də bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, bu cür əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır.

İşğalçı Ermənistan ordusunun Tovuz istiqamətindəki son təcavüzkar aktından sonra istər Azərbaycan daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımız təcavüzkara qarşi bir yumruq kimi birləşərək, onların törətdiyi əməlləri ifşa etməyə başladı. Dünya işğalçı Ermənistanın hərkətini qınamağa və oyunlarını başa düşdüyündən çıxılmaz duruma düşdülər. Bunun üçün də yaranmış durumdan çıxmaq üçün ən müxtəlif təxribatlara əl atdılar. Xaricdə yaşayan soydaşlarımız ermənilərin işğalçı hərəkətlərini ifşa edib dünyaya çatdırmaq üçün keçirdikləri dinc aksiyalara qarşı açıq zorakı formada hücumlar edilib, təxribatlara əl atıldı, aksiyaların mahiyyəti gözdən salınmağa cəhd edildi. Los-Ancelesdə, Belçikada, Moskvada baş verən hadisələr bunun bariz numunəsidir.

Bu zaman ermənilər sapı özümüzdən olan uzun zaman yemlədikləri xəyanətkar və satqınlardan istifadə etməyə başladı. Və başladılar bizi öz əlimizlə vurmağa… Sapı bizdən olan xəyanətkar və satqınlar vasitəsi ilə Azərbaycan xalqını günahkar çıxarmağa çalışdılar. Belə xəyanətkarlardan biri də uzun müddət Azərbaycan dövlətinin çörəyini yemiş, sonra da ölkəsinə və xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan, Avropada oturub dövlətimizin əleyhinə iftiralar atan keçmiş səfir Arif Məmmədovun “xidmətindən” istifadə etdilər. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayətkar əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.

Amerikalı yazıçı Paul Austerin xəyantəkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir xəyanət edəni bağışlasan səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrəncəlidir. Ona görə də xəyantəkara cinsindən asılı olmayaraq şərəfsiz deyilir.
Azərbaycan cəmiyyəti artıq son illərdə bu şərəfsizin və buna bənzər şərfsizlərini simasını tanımaqdadır. Bu şərəfsizlər “mələk donuna” geyinib guya Azərbaycanın haqq davasını aparırlar, əslində isə dövlətimizə, xalqımıza qarşı arxadan xəncər sapmaqdadırlar. Ancaq belə bir atalar sözü də var: “Xoruz quyruğunu kola salıb gizlətsə də, quyruğundən xəbəri olmaz”. Çünki belə xoruz xislətli adamlar hesab edirlər ki, cəmiyyətin bu insanların əməllərindən xəbəri yoxdur. Amma azərbaycan cəmiyyəti bu xislət sahiblərinin quyruğulaırnın hansı qapı arxasında və hansı cibdə olduğunu yaxşı görür və bilir. Onlaırn törətdiyi xəyantə və satqınlıqdan xəbəri var.

Xalqınının çətin anında onun arxasından ona xəncər sapan bir qrup əbləh dəstəsi erməni lobbisi və Azərbaycanın düşmənlərinin əlində dövlətimizin, xalqımızın haqq davasına kölgə salmaqdadır. Ona ləkə yaxmağa cəhd etməkdədir. Arif Məmmədov, Sevinc Osmanqızı və digərləri antiazərbaycan təbliğat şəbəkəsinin digrə üzvləri vaxtaşırı erməni sevgisini nümayiş etdirməkdədirlər. Dəfələrlə şahidi olmuşuq ki, Arif Məmmədovlar, Sevinc Osmanqızları Paşinyanın mətbuat xidməti kimi Ermənistanı tərifləyib.Hələ bir müddət erməni sevgisini göstərən Arif Məmmədov daha irəli gedərək “erməni şəhid ailələri” ifadəsindən də istifadə etməkdən belə çəkinməyib. Erməni işğalçılarına şəhid deməklə Azərbaycan şəhidlərinin ruhuna və ailələrinə hörmətsizlik edən Arif Məmmədov bir daha sıralarında durduğu qrupun Azərbaycan xalqına olan düşmən münasibətini sərgiləyir. Azərbaycan əsgərinə “kloun” deyən, idmançılarımızı isə meşədən çıxmış heyvana bənzədən Arif Məmmədov şərəfsizliyinin son həddində olduğunu dəfələrlə nümayiş etdirib.

Arif Məmmədov sən kimsən?
Belə bir satqın məxluq necə və haradan peyda olub?
Bunun üçün onun keçdiyi həyat yoluna nəzər salmaq yetərlidir. Babası, sovetlər dönəmində Gəncədə korrupsiyaçı və rüşvətxor kimi tanınan Qara Camal görünür hüquq-mühafizə orqanlarından qorxduğu üçün nəvəsini prokuror görmək istəyir. Lakin bütün səylərə baxmayaraq Arifi Bakıda hüquq fakultəsinə düzəldə bilmir. Tələbə yoldaşlarının sözünə görə, babası onu Moskvada “yollar” taparaq 30 000 sovet rubluna (o dönəmlər üçün yüksək məbləğ) SSRİ-nin Müdafiə Nazirliyinin Qırmızı bayraq Hərbi İnstitutuna düzəldir. Lakin burada da hüquq fakultəninə daxil olmaq alınmır, nəticədə Arif hərbi tərcüməçi fakultəsinə düzəlir.

Belə ki, aşağı davamiyyət və tərcüməçi üçün uyğun gəlməyən dil nöqsanlarına görə Arif Məmmədov prestijli şöbədə deyil, amxar dilini öyrənməli olur. Bu da o zamankı sosialist Efiopiyasının dövlət dili idi.

Məlum olduğu kimi, 1974-cü ildə SSRİ-nin köməkliyi ilə Efiopiyada hərbi çevriliş baş verir və nəticədə hakimiyyətə diktator Menqistu Hayle Mariam gəlir. Ölkəyə sovet hərbi kontingenti yeridilir. Bunlardan biri də instututu rüşvət hesabına bitirən gənc leytenant-tərcüməçi Arif Məmmədov olur.

Ola bilsin ki, geniş publikaya xaricdə sovet qoşunlarının xidməti ilk növbədə SSRİ-nin Müdafiə Nazirliyinin Baş Kəşfiyat İdarəsindən “keçməsi” və onların “xüsusi tapşırıqları” olmadan buraxılması məlum deyil. Maraqlıdır, Məmmədov Efiopiyada hərbi xidmətinin arxasında hansı “gizli öhdəliklər” dayanır?!

Deyilənlərə görə, Arif Məmmədovun zəif tərcüməçilik bilgilərinə görə rəhbərlik qarşısında onun geri qaytarılması məsələsi qaldırılır. Lakin onu Əddis-Əbəbənin yerli bazarlarında alış-veriş zamanı kömək etdiyi sovet zabitlərinin arvadları qoruyur.

SSRİ süqut etdikdən sonra Efiopiyada da qanlı rejim dağılır və oradan sovet hərbçiləri geri qayıdır. Məmmədov da anlayır ki, onun hərbi gələcəyi ürəkaçan deyil, 1991-ci ildə Azərbaycana qayıdır.

Həmin dövrlərdə erməni işğalçıları ilə ağır dövrünü yaşayan Azərbaycanın keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərindən məzun olmuş peşəkar zabitlərə ehtiyacı vardı. Bəziləri xüsusi olaraq vətənə qayıdaraq könüllü şəkildə Azərbaycan Ordusuna yazılır. Lakin özünü “dahi vətənpərvər” hesab edən leytenant Məmmədov atasının – Bakı Alkoqolsuz içkilər Zavodunun direktoru (yəqin ki, oxucular həmin zavodun pul mənbəyi olmasından xəbərdardır) hesabına hərbi xdmətdən yayınır.

1991-ci ilin yanvarında Arif Məmmədov “Azərbaycan” Assosiasiyasına, 1992-ci ildən 1993-cü ilə qədər Bakı şəhər İcra Hakimiyyətində çalışır. Daha sonra “Azinteraqro” Assosiasiyasına keçir. Görünür ki, bu təşkilatçılardan heç biri peşəkar hərbçi və “leytenant” üçün uyğun olmur. Məmmədov biznesin təşkili ilə bağlı bilgilərini artırdığı dövrdə digərləri Vətəni müdafiə edərək qan tökürdü.

Onun həyatının digər mərhələsi – 1993-cü ilin 12 iyulundan başlayır. Yenidən qohumluq əlaqələri və maliyyə imkanları hesabına Məmmədov Azərbaycan XİN-ə işə düzəlir. Həmin dövrlər gənc müstəqil dövlətin XİN-ində xarici dil bilən kadrlara ehtiyac vardı. Və hansısa əcnəbi dili az-çox bilən namizəd tapıntı idi.

Məmmədov üçün xarici nümayəndələri qarşılıyıb yola salmaq, saysız ezamiyyətlərə getmək, gecəyə qədər işləmək görünür çətin olduğu üçün Dövlət Protokolu İdarəsində 10 ay işlədikdən sonra Nazirliyin rəhbərliyindən xahiş edir ki, onu digər idarəyə – analitik işlərə keçirsinlər. O, rahat kofesini içərək geniş müüzakirələr aparması üçün ABŞ və Kanada şöbəsinə keçirilir.

XİN-də çalışanların xatirində Məmmədov Avropa ölkələrində hansısa kurslarda iştirak etməyə can atan, müxtəlif bəhanələrlə vəzifə öhdəliklərindən yayınan birisi kimi qalıb.
Bir müddət işlədikdən sonra 1995-ci ildə Arif Məmmədov Azərbaycanın Belçikada açılmış səfirliyinə ikinci katib kimi və o zamanlar üçün yüksək hesab edilən 1500 dollar məvaciblə ezam olunur. Bu andan etibarən Məmmədovun çoxdankı arzusu – Avropa həyatı başlayır.
Əlbəttə ki, “Avropanın mərkəzi” – Brüssel nə Əddis-Əbəbə, nə də müharibə şəraitində olan Bakı ilə müqayisə edilməzdi. Və “leytenant” Məmmədov bu şəhərə vurulur, özünə söz verir ki, nəyin bahasına olursa, olsun burada əbədi qalacaq.

Başgicəllədən Brüssel həyatı…
Restoran və butiklərin yerini tez öyrənən Məmmədov fəal şəkildə “diplomatik fəaliyyətə” başlayır. Qısa zaman ərzində Arif ağlasığmaz karyera qurur: 1998-ci ilin sentyabrında birinci katib, bir il sonra isə 1999-cu ilin sentyabrında səfirlikdə müşavir vəzifəsinə keçir. 2000-ci ildən Məmmədov Azərbaycanın Belçika, Lüksemburq, Niderlandda səfiri olur. Elə bu zaman erməni lobbisi və digər xarici ölkə kəşfiyyatının nəzarətinə keçir. Onu da qeyd etmək lazımdır ki, onun elə əvvəlcədən xarici kəşfiyyatın agenti olduğu istisna deyil. Bu barədə bir az öncə qeyd etmişik. Yəni SSRİ dönəmində hər hansı bir şəxsin xarici ölkə səfirliyində çalışması kəşfiyyat orqanlarının razılığı olmadan qeyri-mümkün hesab edilirdi.
İndi bu “ədalət çarçısı” Azərbaycanın Avropa inkişaf yolunun “banisi” kimi qələmə verilir. Lakin onunla birlikdə Brüsseldə çalışanlar xatırlayır ki, Məmmədovun başlıca vəzifəsi ailəsinin bu şəhərdə güzəranını yaxşılaşdırmaq idi. Onların sözlərinə görə, səfirliyinin bütün xidməti maşınları Məmmədovun həyat yoldaşı və uşaqlarının ixtiyarında idi. Ümumiyyətlə deyilənlərə görə, əsas səfir Məmmədov deyildi, səfirliyin bütün vacib məsələləri onun həyat yoldaşı ilə həll olunurdu.

Həyat yoldaşı…
Elə həmkarların dedilərinə görə, Məmədovun həyat yoldaşı Bakıda Konservatoriyanı bitirib, heç bir təcrübəyə sahib olmasa da, diplomatik xidmətə işə düzəlib. Buna görə də Arif Məmmədovun “Vətənə təmənnasız xidmətləri” ilə bağlı nağılları əsassızdır. Məmmədovun arvadı da Bakıya qısa səfərləri zamanı bildirib ki, savadsız, mədəniyyətsiz “qara” xalqın yaşadığı Azərbaycana heç vaxt qayıtmayacaq.

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Arifin Bakıda “aktiv” fəaliyyəti zamanı onun səfir olduğu ölkələrin nümayəndəlikləri açılmayıb. Yalnız onun gedişindən sonra bu ölkələrlə və Avropa Komissiyası ilə əsl inkişaf mərhələsi başlayır, nəticədə Azərbaycanda diplomatik nümayəndəliklər (2007-ci ildə Belçika Səfirliyi, 2009-cu ildə Niderand və Avropa Komissiyası) açılır.

İndi Məmmədov “möhtəşəm fəaliyyəti” ilə bağlı cəfəngiyyatlar danışsa da, Brüsseldə dövlət hesabına əldə etdiyi yaşayış yerini xatırlatmağı unudur. Səfir olan zaman dövlətin kirayə üçün ayırdığı pulları ipoteka ilə aldığı evə ödəyir. Əgər o, şəxsi məqsədlər üçün göndərilən, lakin istifadə etməyərək satdığı lüks avtomobiləri unudubsa, xatırladaq: 2007-ci ilin fevralın 23-də 194218 nömrə nişanlı MERSEDES BENZ S320 avtomobilini Xalid Seyidov adlı vətəndaşa satıb (təəssüf ki, satdığı məbləğlə bağlı məlumat əldə edə bilmədik). Həmçinin 2012-ci ilin oktyabrın 12-də 442920 nömrə nişanlı LEXUS LX570 markalı 95000 ABŞ dolları dəyərində olan avtomobili Azər Kazımova 140000 ABŞ dollarına satıb.
Göründüyü kimi, bu məbləğə o, Bakıda bir neçə maşın ala bilərdi. Lakin o, Azərbaycanda yaşamaq istəmədiyi üçün, xalqla ictimai nəqliyyatda gəzərək əldə etdiyi pullar hesabına həyat yoldaşı və uşaqları üçün bir neçə maşın alır.

Cənab Məmmədovun daha bir yalanı: guya onun Bakıda heç bir yaşayış yeri olmayıb və o burada valideynləri ilə birlikdə yaşayıb. Məmmədov 2010-cu ildə Binəqədi rayonu, Mir Cəlal küçəsindəki mənzilini Bahar Məmmədovaya satır. 2011-ci ildə isə Mərdəkanda 0,0749 hektar sahəli ev alır.

2006-cı ildə Azərbaycanın Avropa Şurasının nəzdində təyin olunmuş nümayəndəsi olaraq 2012-ci ilə qədər çalışır. Onun ailəsi bu müddətdə Brüsseldə yaşayır. Məmmədov da bütün “xidmət” etdiyi illərin daha çoxunu Strasburqdan daha çox Brüsseldə keçirir. Onun Strasburqdakı fəaliyyəti ilə bağlı ayrıca danışmaq lazımdır.

A.Məmmədovun Avropa Şurasının Baş katibi cənab Yaqlandı AŞ deputatları arasında “korrupsiya” faktları ilə bağlı “maarifləndiriməsi”, eləcə də Azərbaycanın ATƏT nümayəndələrinin üzvlərinin ünvanın “zarafatları” Dağlıq Qarabağ münaqişəsi, qaçqınların öz doğma yurdların qaytarılması və Azərbaycanın ərazi bütövlüyüyün bəprası məsələsində onun səylərinin parçalamaq ibarət olduğunu bir daha göstərir. “Beşinçi kolon” rolunda çıxış edən Məmmədov əlindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqlandda onun hərəkətlərini təxribatçı və ya “sərsəmlik” kimi qəbul edirdi.
Bununla paralel olaraq, Məmmədov ailə güzəranını yaxşılaşdımaq məqsədilə Azərbaycanın Avropa Şurası nəzdində nümayənədliyinin vəsaitlərini həyəsızcasına mənimsəməkdə davam edirdi. Nümunə üçün, 2007-ci ildə 4918 avro, 2012-ci ildə 15000 avro onu tərəfindən mənimsənilərək, guya Milli Məclisin Strasburqa səfəri (nəqliyyat xərcləri, rəsmi qaşırlanma və s.) zamanı ödənilib. Sənədlər də isə bütün bu xərclər Milli Məclisin öz büdcəni hesabına ödənilməsi göstərilir.

Məmmədov 2010-cu ilin 30 martında TURKSOY təşkilatı ilə birgə Strasburqda Novruz bayramı münasibətilə keçirilmiş konsertə görə 11600 avronu mənimsəyir. Həqiqətdə isə konsert təşkilatın öz büdcəsinə həyata keçirilib.

2011-ci ildə o, Strasburqda şəsxi istifadəsi üçün BMW X5 markalı maşın əldə edir ki, bunu da nümayəndəliyin rəsmi maşını kimi sənədləşdirərək bu sövdələşmədən 8237 avro qazanc əldə edir.

Bu cür faktlardan istər Brüssellə bağlı, istərsə də Strasbuqla bağlı kifayət qədərdir, lakin oxucunu bununla yormaq istəməzdim.
Onunla Strasburqda görüşənlər deyir ki, Məmmədov Bakıya ya xarici işlər naziri kimi, ya da onun üçün nazirlikdə Avropa məsələləri üzrə ayrıca şöbə yaradılarsa qayıda bilər. Lakin Məmmdovun planları 2012-ci ildə Bakıya XİN-in idarələrindən birində sadəcə rəhbər kimi qayıtdıqda param-parça olur.
Bütün gücü ilə Azərbaycandan getmək istəyən Məmmədov 2013-cü ilin iyulunda yenidən Brüsselə təyinat alır. Bu dəfə o, Azərbaycan Respublikasının hesabına Avropa İttifaqının İslam Təşkilatları Konfransının daimi nümayəndəsi kimi.

2015-ci ildə Məmmədov onu üçün bu qədər imkanlar yaradan Vətəninə xəyanət edərək açıq şəkildə özünü Azərbaycan xalqının düşməni cərgəsinə keçdiyini bəyan edir.
Bu addımı atması səbəbləri ilə bağlı oxucunu məlumatlandırmaq istərdim.

Məmmədov bunu Binəqədi rayonunda yaşayış binasında baş verən yandın zamanı həlak olanlara başsağlığı ifadə etmək kimi təqdim edir. Əslində isə, Məmmədov Azərbaycan dövləti və xalqı haqqında, xalqın həyat tərzi və düşüncələri, həmçinin Azərbaycan parlamentinə seçilən üzvlərlə bağlı Azərbaycan KİV-inin tənqidinə məruz qalır. Bunu bəhanə gətirən Məmmədov çoxdankı arzusuna çatmağa can atır və Qərbdə qalır.

Xaricdə işlədiyi müddətdə mühasibatlıq sənədlərini saxtalaşdıraraq büdcə xərclərini mənimsəyən, bu vəsaitlərə Brüsseldə ev və maşınlar alan Məmmədov bu gün özünü “vicdanlı adam” kimi qələmə verir. Bu pullar hesabına onun oğlu ABŞ-da təhsil alır. Hərbi xidmət yaşına çatmasına baxmayaraq, o, Azərbaycan Ordusunda xidmət etməyə tələsmir. Bütün bu illər ərzində Məmmədovun ailə üzvləri Facebook-da Vətənə “alovlu sevgilərindən” bəhs etsələr də, bir dəfə də Bakıya gəlməyiblər.
Sosial şəbəkələrdə “geri dönməz səfir” şouları nümayiş etdirərək, AND adlı “təlxək” təşkilatı yaradan Məmmədov Azərbaycan hökuməti və parlamentarilərinin ünvanın təhqirlər yağdırır, radikal islamçı Taleh Bağırovun müdafiəsinə qalxır, radikal müxalifətçilər – Əli Kərimli və Cəmil Həsənlini yaxın dostu hesab edir. Lakin bir zamanlar həmin Məmmədov iclaslarda çıxışı zamanı onları açıq şəkildə qınayıb və avropalı diplamatlar qarşısında ifşa etdiyindən qürurlanırmış.

Arif Məmmədov və onun tərəfdaşları üçün şəxsi mənfəət, Qərbdə problemsiz yaşamaq daha üstündür. Onları azərbaycanlı qaçqınların taleyi maraqlandırmır. Onlar ölkəmizi parçalamağa hazırdırlar. Ölkənin müstəqil daxili və xarici siyaəti ürəklərincə deyil. Çünki onlar üçün tək müqəddəs – puldur.

Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyil.

Ölkə.Az

COP29