Arif Qasımov dünyasını dəyişdi

610x380xsccs.jpg.pagespeed.ic.EQWg9XwnSd

Aktyor, rejissor assistenti Arif Qasımov vəfat edib.

AzVision.az-a bu barədə aktyor Nurəddin Mehdixanlı məlumat verib.

Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 30-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Azərbaycan Dövlət Televiziyasının “Uşaq və gənclər” redaksiyasında çalışıb. O, “Milli bomba”, “İstanbul reysi”, “Yerlə göy arasında” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.