Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arif Rəhimov narazıdır: "Azərbaycan Formula 1-in keçirilməsinə görə 2 dəfə daha çox pul ödəyir"

“Formula-1 yarışının təşkili “Baku City Circuit” şirkətinə həvalə olunub, şirkətin rəhbəri nazir Azad Rəhimovun oğlu Arif Rəhimovdur. O dünən deyib ki, Formula-1 sahibləri ilə danışıqlar gedir, iyunda qərar veriləcək ki, 2020-ci ildən sonra yarışın Bakıda keçirilməsi 5 il də uzadılsın, ya yox və Arif müəllim bizə (vətəndaşlara) şikayət edib ki, başqa ölkələrə nisbətən Azərbaycan belə yarışın keçirilməsinə görə 2 dəfə daha çox pul verir, bu məbləği azaltmaq istəyirlər”.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert A.Rəhimovun narahatlığının başadüşülən olmadığını da vurğulayıb:

“Arif müəllim, evdə atanızla danışın, deyin niyə biz ölkə olaraq 2 dəfə daha çox pul veririk? Nədən müqavilə bağlananda bu məsələ qaldırılmayıb? Nə səbəbə ölkə üçün əlverişsiz müqaviləyə qol çəkilib? Əgər atanız bunu sizə izah etsə, lütfən cavabını bizə də deyin, daha öz gördüyünüz işdən, öz sahənizdə olan problemlərdən bizə şikayət etməyin, müqaviləni biz bağlamamışıq axı?!”

Qeyd edək ki, “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov “RaceFans” saytına müsahibəsində təşkilatçıların “Formula 1” yarışlarının keçirilməsi hüququna görə qiyməti azaldılmasına nail olmaq istədiklərini deyib. A.Rəhimov bildirib ki, münasib yolla məsələnin həllinə çalışırlar: “Əlbəttə, biz müqavilənin uzadılmasının mümkünlüyü barədə danışıqlar apararkən məbləğ müzakirə edilən aspektlərdən yalnız biridir. Bir tərəfdən, biz yarışın gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən isə başa düşürük ki, ödəməli olduğumuzdan yəqin ki, çox ödəyirik. Ona görə də münasib həll yolu tapmağa çalışırıq.

Düşünürəm ki, bu layihə təkcə bizim üçün deyil, həm də bildiyimə görə, F1 üçün maraqlı idi. Azarkeşlər yarışı çox bəyəndi, onlar həm tribunadan, həm də TV-dən yarışları izləyirlər. İldən-ilə bizə başqa ölkələrdən daha çox tamaşaçı gəlir, bu isə çox şeydən xəbər verir. Bakının Formula 1 təqviminə daxil olmasını insanlar rəğbətlə qarşılayır və biz bu Qran Prini keçirdiyimizə görə şadıq”.(AFN)

www.yenicag.az

3567
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100