!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıqlama dərmanları psixi pozuntuya səbəb olur

!Reklam – Yazi

Hələ də ölkədə bir sıra işbazlar qadağan olunmuş preparatlar satmaqda davam edirlər. Dünən müvafiq qurum əməkdaşları tərəfindən gizli anbarda arıqlama preparatları saxlayan bir nəfər tutulub.

Qeyd edək ki, arıqlama preparatları haqqında məlumatlar bir sıra hallarda televiziya vasitəsilə də geniş reklam edilir və bu zaman onun yüksək effektivliyindən danışılır. Ancaq sirr deyil ki, arıqlama preparatları əksər hallarda xeyirdən çox, insan orqanizmi üçün mənfi fəsadlar törədir. Görəsən, arıqlama preparatlarından istifadənin orqanizmə nə kimi mənfi fəsadları və zərərləri ola bilər? Nə etmək lazımdır ki, insanlar bu cür işbazların sehirli toruna düşməsinlər?

Tibb elmləri doktoru Adil Qeybulla Yeniçağ.az-a açıqlamasında bildirdi ki, arıqlama dərmanlarından həkim məsləhəti olmadan istifadə xüsusən psixi pozuntulara gətirib çıxarır: “Arıqlama preparatlarının fəsadları o qədər çoxdur ki, danışmaqla qurtaran deyil. Bu gün ölkəyə xaricdən müxtəlif dərmanlar gətirilir. Əslində bu dərmanları da diyetoloq həkimlər təyin etməlidir. Amma bir çox hallarda xəstələrin özləri həkimlə məsləhətləşmədən özbaşına gedib arıqlama dərmanı alaraq, istifadə edirlər. Arıqlama preparatlarının neqativ nəticələri isə həddən artıq çoxdur.

Hətta arıqlama preparatlarından istifadə insanda psixi pozuntulara da gətirib çıxara bilər. Bəzi bu tip dərmanlar orqanizmdə ekstremal vəziyyət yaradır. Ona görə də arıqlamaq üçün istifadə olunan dərmanlardan nəzarətsiz istifadə məqsədəuyğun deyil. Bu dərmanların böyük əksəriyyəti də təəssüf ki, qeydiyyata düşməyən, ölkə ərazisinə müxtəlif yollar, qaçaqmalçılıqla gətirilən dərmanlardır. Bu kimi problemlə üzləşməmək, işbazların dediklərinə aldanmamaq üçün insanların diqqətli olması vacibdir. İnsanlar həkim məsləhəti olmadan bu cür dərmanların qəbulundan çəkinməlidir. Həkimlər xəstəliyə uyğun müalicə təyin etməlidirlər. Yoxsa, özbaşına olaraq arıqlama dərmanlarından istifadə etmək yolverilməzdir”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv