!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıqlamaq istəyənlərə qadağan edilən 5 qida – SİYAHI

!Reklam – Yazi

Arıqlamağı qarşısına məqsəd qoyanlar təkcə az yemək yox, həm də arıqlamağa mane olan qidaları bilib, tamam uzaq durmaq lazımdır.

Yenicag.az arıqlamaq istəyən insanlara dietoloqların qadağan etdiyi 5 məşhur qidanın siyahısını təqdim edir:

1. Bulka, baton, ağ çörək

Bu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırıb, qarın bel nahiyəsində artıq piy toplanmasına səbəb olur. İdman edən, pəhriz saxlayan insanlar bu ərzaqlardan uzaq dursun. Un məmulatı yulaf, qarabaşaqdan ola bilər. İkinci yeməkləri çörəksiz yeyin.

2. Şirin qazlı içkilər

Qazlaşdırılmış istənilən içki, hətta üstündə 0 kalori, dietik, meyvəli yazılsa belə, sizə fayda verməyəcək. Bu içkilər köp yaradır, qaraciyəri yükləyir, qanda şəkəri artırır, bədəndə artıq piyə çevrilir.

İçkilərə vurulmuş qaz həzmi sürətləndirir, ona görə insan tez acır.

3. Yağlı ət, kolbasa-sosis, hisə verilmiş ət və balıq məhsulları, fast-fud qidaları

Həftəyə 1-2 dilim kolbasa, 1-2 ədəd sosis belə çəkini artırır, iştahı yüksəldir, insanı yeməyə məcbur edir. Bu məhsullar qanda pis xolesterini qaldırır, maddələr mübadiləsini zəiflədir, mədəaltı vəzə mənfi təsir edir.

Meyliniz çəkirsə, ildə 3-4 dəfə az miqdarda yeyə bilərsiniz.

4. Mayonez

100 qr mayonezdə 700 kkal enerji var. Salatları zeytun yağı və digər souslarla dadlandırın. Müxtəlif kimyəvi qatqılarla “zəngin” olan mayonez insan sağlamlığı üçün ən ziyanlı məhsullardan biri sayılır.

5. Bütün konditer-qənnadı məhsulları

Arıqlamaq istəyən təkcə tort, pirojnadan yox, konfet, zefir, marmelad- bir sözlə, mağazalarda satılan bəzəkli, şirin nə varsa, imtina etməlidir.

Sizə yalnız tünd acı şokolad yetərlidir. Şirniyyatı günün birinci yarısı yeməlisiz. Əgər günə 2-3 konfet yeyirsizsə, arıqlama prosesi xeyli yavaşıyacaq.

Şirniyyatların əvəzinə az miqdarda meyvə quruları yeyə bilərsiniz./Medicina/

www.yenicag.az

2408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv