Arıqlamaq istəyirdi, canından oldu – Məşhur həkim həyəcan təbili çaldı – VİDEO

Əvvəllər məşhur sənət adamları gözəllik naminə qarın piylərinin liposaksiyası, eləcə də mədəkiçiltmə kimi əməliyyatlara üz tuturdu. Lakin son zamanlar bir çox gənc qız və qadınlar arasında bu cür əməliyyatlara maraq çoxalıb. Təəssüf ki, bu əməliyyatlar bəzi hallarda ölümlə nəticələnir.

Son bir neçə gündə Azərbaycanda ayrı-ayrı özəl klinikalarda liposaksiya və mədəkiçiltmə (bariatrik cərrahiyyə) əməliyyatı keçirən 2 qadın əməliyyat masasında dünyasını dəyişib.

Bəs, bu cür əməliyyatlarda ölüm riskini artıran faktorlar hansılardır?

Yenicag.az bu sualla tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib.

O, bəzi xəstəliklərdən əziyyət çəkən pasiyentlərin də risk qrupuna daxil olduğunu, onlara belə əməliyyatların yasaq olduğunu bildirib. A.Qeybulla xanımları diqqətli olmağa çağırıb.

Bu barədə daha geniş məlumat əldə etmək üçün videonu izləyə bilərsiniz.

Cəvahir