!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıqlamaq məqsədi ilə tutulan oruc batil sayılırmı? - İlahiyyatçıdan VACİB AÇIQLAMA

!Reklam – Yazi

Bir çox insanlar, xüsusilə də xanımlar çəki atmaq məqsədi ilə oruc tutur ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi din xadimləri bu məqsədlə tutulan orucun batil olduğunu bildirir.

Həqiqətən, arıqlamaq məqsədi ilə tutulan oruc günah sayılırmı və orucu batil edirmi?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı alim Hacı Surxay Məmmədli arıqlamaq məqsədi ilə tutulan orucun batil olmadığını bildirib:

“Dinimizdə belə bir anlayış var ki, əməllər niyyətə bağlıdır. Niyyətsiz hər bir əməl batildir və xoşagələn deyil. Bu, dinimizin göstərişidir. Ramazan ayına gəlincə, əgər bir şəxs dietik baxımdan özünü arıqlatmaq istəyirsə, deyirsə ki, Allahım sənin ayını müqəddəs sayıb oruc tuturam və eyni zamanda da arıqlayıram, orucu batil sayılmır.

Yaxud da, bir xanım arıqlamaq məqsədi ilə oruc tutursa və şərtlərinə gün ərzində əməl edirsə, orucu batil deyil, Allah onun orucunu qəbul edir.
Burada həm cismin sağlamlığı var, həm də ruhun saflığı, oruca da heç bir ziyanı yoxdur. Yəni oruc batil olmaz. Təbii ki, Allah bütün qəlbləri bilr və hər şeydən xəbərdardır. Hər bir insanın əməli Allah tərəfindən mükafatlandırılır. Hər kəs bilməlidir ki, İslamı sevdirmək, İslamı yüngülləşdirmək lazımdır. İslamda nifrət qazandırmaq yoxdur, bu batildir, o batildir deyə insanları dindən uzaqlaşdırırlar. İnsanlara basqı etmək olmaz”.

Cəvahir

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv