“Arsenal” Bakıda – FOTOLAR

UEFA Avropa Liqasının finalçısı İngiltərənin “Arsenal” klubu Bakıya gəlib.

Yenicag.az xəbər verir ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda UEFA Avropa Liqasının finalçısının qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.