Avropa Liqasının Bakıda keçiriləcək final oyunu dünyanın bir çox telekanalı vasitəsilə canlı yayımlanacaq.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən ölkədə “Matc TV”nin yayımlayacağı “Çelsi” – “Arsenal” matçının şərhçilərindən biri yerli futbol veteranı Andrey Arşavin olacaq. “Topçular”ın sabiq üzvü jurnalist Timur Juravellə birlikdə həlledici qarşılaşmanı şərh edəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.