“Arsenal”ın yeni baş məşqçisi açıqlandı – Rəsmi

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.

Yenicag.az xəbər verir ki, londonlular Unai Emeri ilə anlaşıb. Tərəflər arasında 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, son olaraq PSJ-ni çalışdıran Emeri bu postda Arsen Vengeri əvəzləyib.